Xaricdə daimi yaşayan Azərbaycanlıların nəzərinə! Ölkəyə giriş-çıxış qaydaları dəyişdi

Xaricdə daimi yaşayan Azərbaycanlıların nəzərinə! Ölkəyə giriş-çıxış qaydaları dəyişdi
 Nazirlər Kabineti 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərar ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”na dəyişikliklər edib.

"Report” xəbər verir ki, qaydalara aşağıdakı məzmunda 5.9-cu və 6.5- 1-ci bəndlər əlavə edilib:

"5.9. "E-qeyri-rezident” altsistemi - "Giriş- çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində yaradılan, qeyri-rezidentlərin elektron imza verilməsi barədə müraciətlərini qəbul və təhlil edən, onlara "virtual FİN” verən, habelə "virtual FİN” verilmiş qeyri-rezidentlərin reyestrini aparan altsistem.

6.5-1. "Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslər” informasiya resursu üzrə:
6.5-1.1. "www.azexport.az” internet portalından "E-qeyri-rezident” altsisteminə təqdim edilən xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyətini təsdiq edən sənədin (pasport və ya şəxsiyyət vəsiqəsi) fotoşəkil olan səhifəsinin skan edilmiş surəti, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslərin nümayəndələrinin şəxsiyyətini təsdiq edən sənədin (pasport və ya şəxsiyyət vəsiqəsi) fotoşəkil olan səhifəsinin və qeyri-rezident adından çıxış etmək səlahiyyəti verən etibarnamənin skan edilmiş surəti, habelə elektron imza sertifikatının verilməsi və ya verilməsindən imtina edilməsi ("virtual FİN”in ləğv edilməsi) ilə bağlı məlumatlar;

6.5-1.2. Azərbaycan Respublikasına gələn xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslər barədə məlumat yaradan altsistemlər.”.


OXŞAR XƏBƏRLƏR

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...