“Xankəndiyə bir güllə də atmadan qayıdacağıq” – Bunun necə baş tutacağı ilə bağlı açıqlama

“Xankəndiyə bir güllə də atmadan qayıdacağıq” – Bunun necə baş tutacağı ilə bağlı açıqlama
"Qarabağda yaşayan ermənilər arasında ümidsizlik gün-gündən artır. Hətta separatçı düşüncəyə sahib insanlar belə bu gün Ermənistanın onlara yardım etməyəcəyini yaxşı bilir. Buna görə də, Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilər gec-tez Azərbaycan qanunlarına tabe olacaq”.

Bu sözləri Sfera.az-a açıqlamasındapolitoloq Qabil Hüseynli deyib. O, bildirib ki, 44 günlük müharibə Ermənistanın təkcə hərbi baxımdan yox, həm də iqtisadi anlamda geriləməsini sürətləndirib:

"Bu, istər işsizliyin, inflyasiyanın və yoxsulluq həddinin yüksəlməsində, istərsə də xaricə miqrasiya etmək istəyən ermənilərin sayının dəfələrlə artmasında özünü göstərir. Müharibədən sonra əhalinin ölkədən çıxma statistikası əvvəlki illərlə müqayisədə 2 dəfə artıb. Ölkəni tərk edən əhalinin 80 faizdən çoxu isə geri qayıtmayıb. Eyni tendensiya Azərbaycan ərazilərində yaşayan ermənilər üçün də keçərlidir.

Bu gün Qarabağda qalan ermənilərin əksəriyyətinin isə gedəcək bir yeri yoxdur. Onlar da anlayır ki, rəsmi İrəvan onları qorumaq iqtidarında deyil. Bu gün erməniləri övladlarının gələcəyi və öz müqədaratları maraqlandırır. Yəni onlar üçün Azərbaycan qanunları ilə, yoxsa Ermənistan qanunları ilə yaşamağın elə də fərqi yoxdur. Düzgün təbliğat, sosial proqram və ermənilərlə işləyəcək savadlı kadrların fəaliyyəti onların inamını qazanmağa kifayət edəcək”
 
Politoloq düşünür ki, Xankəndi və ətraf ərazilər Azərbaycan yuridistiksiyasına müharibəsiz keçəcək:

"44 günlük müharibə geridə qaldı. Yaralarımız, itkilərimiz təzə olsa da, prinsip etibarilə Qarabağda qalan ermənilər Azərbaycan üçün real təhlükə mənbəyi deyil. Vaxtaşırı gərginlik artsa da, bu, genişmiqyaslı əməliyyatlar üçün əsas deyil. Əgər regionda sülhün bərqərar olmasını istəyiriksə Qarabağ erməniləri ilə işləyəcək ortaq bir komissiya qurulmalıdır”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...