Xankəndində təyyarə səsi eşidən ermənilər qorxuya düşdü: “Azərbaycan Ordusu gəlib...” -VİDEO

Xankəndində təyyarə səsi eşidən ermənilər qorxuya düşdü: “Azərbaycan Ordusu gəlib...” -VİDEO
Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərində yaşayan ermənilər arasında güclü panika hökm sürür. Buna səbəb sosial şəbəkələrdə yayılan şaiyələrdir. Həmin şaiyələrə əsasən Azərbaycan ordusunun bölmələri Xankəndinə daxil olublar.

Bu şaiyələrin təsiri altında bir çoxları Xankəndini tərk edib Yerevana gediblər. Onlar deyirlər ki, dolaşan şaiyələrə əsasən Xankəndindəki separatçı administrasiyanın bir qismi Azərbaycan hakimiyyəti ilə əməkdaşlığa hazır olduğunu bildirir.

Lakin separatçı administrasiyanın nümayəndəsi Unan Tadevosyan erməniləri sakitləşdirməyə çalışıb və bildirib ki, Xankəndində polis sutka boyu növbətçilik həyata keçirir. Buna baxmayaraq Azərbaycan ordusunun bölmələrinin Xankəndinə daxil olduğu haqda şaiyələr hələ də yayılmaqdadır.

Habelə Xankəndi sakinlərindən biri şəhərin üzərində hansısa təyyarənin uçduğunu iddia edib və qaranlıqda çəkilmiş görüntüləri paylaşıb. Həmin görüntülərdə hansısa təyyarənin səsi eşidilir, bir çoxları bunun pilotsuz təyyarə ola biləcəyini təxmin edib.
 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...