Xanhüseyn Kazımlının Prezidentə müraciəti yayıldı – Köməkçisindən açıqlama

Xanhüseyn Kazımlının Prezidentə müraciəti yayıldı – Köməkçisindən açıqlama
 Sosial Rifah Partiyasının sədri, deputat Xanhüseyn Kazımlının Prezident İlham Əliyevə müraciəti yayılıb.
 

Müraciət Milli Məclisin rəsmi blankında göndərilib. Xanhüseyn Kazımlı Prezidentdən qızı Əsli Kazımovanın onun yerinə parlament seçkilərində iştirak etmək üçün icazə istəyir. Lakin müraciətdə imza və tarix qeyd olunmayıb.

Səhər saatlarında isə məlumat yayılmışdı ki, Əsli Kazımova 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizədliyini irəli sürüb. Onun sənədləri dünən DSK-ya təqdim olunub.

Sfera.az xəbər verir ki, Xanhüseyn Kazımlının köməkçisi Zaur İsgəndərov yenisabah.az-a bildirib ki, deputat Prezidentə qızının namizədliyini irəli sürməsilə bağlı müraciət olmayıb. "Belə bir müraciət yoxdur. Olsaydı, mənim də məlumatım olardı. Yayılan müraciət saxtadır. Ola bilər kimlərsə özündən yazıb”, - deyə Zaur İsgəndərov bildirib.

Əsli Kazımovanın namizədliyini irəli sürüb-sürməməsinə gəlincə, Zaur İsgəndərov bu barədə məlumatlı olmadığını bildirib: "Mən onunla işləmirəm, heç bir əlaqəm yoxdur. Ona görə də bu barədə məlumatlı deyiləm”.

Xanhüseyn Kazımlının özü isə parlament seçkilərinə qatılmayacaq. Zaur İsgəndərlinin sözlərinə görə, onun seçkilərdə iştirak etmək niyyəti yoxdur.



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...