Xalq artisti Tünzalə: Çox yüksək təbəqəyə çıxıram

Xalq artisti Tünzalə: Çox yüksək təbəqəyə çıxıram

Niyə müzakirə olunan sadəcə müğənninin dekoltesidir? İki dəfə paltardan yazanda, üç dəfə də başqa xəbərlər yazsınlar. Bu, sözün yaxşı mənasında populyar olan insanın aqibətidir. Onun haqqında yazmalıdırlar.

Mən bunu artıq anlayıram və belə də qəbul edirəm. Mənim prodüserim Yalçın bu mövzuda tam əksini düşünür. O söyləyir ki, "Mən etiraz etmirəm, qoy sənin dekolteni müzakirə etsinlər. Bu mövzu sosial medianın diqqətini bu dərəcədə çəkirsə, mən yalnız müsbət fikirdəyəm”.

Sfera.az xəbər verir ki, bu sözləri son günlər geyindiyi açıq-saçıq geyimlərə görə, sosial şəbəkə izləyiciləri tərəfindən tənqid olunan Xalq artisti Tünzalə Ağayeva oxu.az-ın əməkdaşı ilə söhbətində dilə gətirib:

 

"Səhnə geyimlərimin ideyası və müəllifi tanınmış modelyer Gülnarə Xəlilovadır. Geyindiyim libasların parçaları "Coutier”lara aiddir. Hər hansı bir libasın nəinki ideyası, onun bazası da çox önəmlidir. Bizə parça çeşidləri Fransa, İtaliyadan gəlir.

"Dior”un özəl istehsalı olan parçalardan libaslarım tikilir. Dünyada bu parçanı alan üç nəfər varsa, onlardan biri də mənəm. Geyimlərimə xərclədiyim pulların məbləği olduqca yüksəkdir. Əfsuslar olsun ki, qiymətini açıqlaya bilmərəm (gülür).

Dünya ulduzları da bahalı geyinir. Bəlkə də, biz onların etdiklərinin ən zəifini edirik. Elə olub ki, paltarımın ümümi büdcəsi 200 manatı keçmir. Amma elə olub ki, dilə gətiriləsi məbləğ deyil. Yəni, libasım çox bahalı olub. Çox məşhur markalara müraciət edirəm. Bu məsələyə özəlliklə yanaşırıq. Sənətim və görünüşüm bir-birini tamamlamalıdır.

Biz bunun üzərində uzun yol keçmişik, birdən-birə olmayıb. Gülnarə xanım həmişə məndən tələb edirdi ki, bahalı geyinim. Deyirdim, edəcəyəm. Bunu məndən dövr, cəmiyyyət, çıxdığım çevrə də tələb edir. Çox yüksək təbəqəyə çıxıram. Yüksək təbəqənin tədbirlərində oluram. Bunu məndən cəmiyyətdə olduğum statusum tələb edir”.

"Sizi estradamızın ən bahalı geyinən məşhuru adlandırmaq olar?” sualına T.Ağayeva cavabı ilə gah nala, gah da mıxa vurdu:

"Hesab etmirəm ki, bu mövzuda birinciyəm. Geyimimin bu qədər müzakirə olunmasına yəqin ki, müsbət yöndən baxmalıyam. Mən bir çox lüks və dünyada məşhur olan brendlərin əsas müştərilərindənəm. Səhnə libaslarıma olduqca diqqətlə yanaşıram. Sizə açıq deyim ki, aldığım ayaqqabılar çox bahalıdır və onlara çox pul xərcləyirəm, amma bunu çanta haqqında deyə bilmərəm.

Mən səhnəyə çanta ilə çıxmadığıma görə, onun bahalı olması mənim üçün o qədər də önəmli deyil. Məhz elə bu səbəbdən çantaya aşırı dərəcədə pul xərcləməyə əlim gəlmir. Çanta dəlisi deyiləm. Mən "Zara”nın özəl kolleksiyasından tez-tez yararlanıram. Geyim və aksesuarlarda "Diesel” və "Dsquared” və "Marc Jacobs” kimi brendlərə üstünlük verirəm”.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...