Xalq artisti Röya: Faiq məni “qara siyahıya” atıb - VİDEO

Xalq artisti Röya: Faiq məni “qara siyahıya” atıb - VİDEO

Mənim heç kimlə problemim yoxdur. Anlaşılmazlıqlar baş verir. Biz bir-birimizə qarşı deyilən sözləri düzgün qəbul etməyə bilərik. Başlıqlarda yazırdılar ki, "barışmaq istəyir”, bu belə deyil. Bunu kimlər yazdısa, onlara demək istəyirəm ki, istədiyim şeyi hər zaman edirəm.

Sfera.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan Xəzər TV-də yayımlanan "X maqazin” verilişində deyib.

Bir neçə gün öncə sənətçinin avtomobilində Xalq artisti Faiq Ağayevin "Uşaq kimi” mahnısını dinləməsi və bərabər oxuması müzakirələrə yol açdı. Aylar öncə tərəflər arasında qalmaqal yaşanması, Röyanın bu addımı Faiqə barışıq jesti kimi qələmə verildi. Olayın pərdəarxası məqamlarını gün üzünə çıxaran sənətçi qarşı tərəflə münasibətlərin yaxşı olduğuna ehyam vurdu:

"İlk dəfə Faiq Ağayev məni "İnstagram”da qara siyahıya atıb. Sonra da özü gəlib dedi ki, "Mən səni görmürəm”. Cavab olaraq söylədim ki, heç vaxt heç kimi qara siyahıya atmaram. Bir aç, gör, var? Sonra da gördü ki, özü atıb məni qara siyahıya. Bizim aramızda yaşanan söz-söhbət konsert biletlərinin satışı ilə bağlı olmuşdu”.

Röya Faiqlə küsülülüyü anlaşılmazlığa bağlayıb, ondan dəstək gözlədiyini bildirdi:

"Mənim sənət tariximdə Faiq Ağayevin çox böyük rolu var. Hər zaman məni dəstəkləyib, xətrimi də çox istəyib. Anlaşılmazlıqlar olur ki, mən hələ də ondan dəstək gözləyirəm. Mən ancaq kiçiklik edə bilərəm. Nə qədər böyüsəm də, o qədər də kiçikləriyəm. Bunu bilsinlər. Mənim belə ürəyim var. Mən qarabağlıyam. Mənim bir dənə düşmənim var. Mənim üçün başqa düşmən yoxdur. Başqa cür ola da bilməz”. (oxu.az)




OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...