Xalq artisti ilə Təzə Pir məscidində vida mərasimi keçirilir - ÖZƏL
Artıq Təzə Pir məscidində xalq artisti Qəndab Quliyeva ilə vida mərasimi başlayıb.
Bu barədə Sfera.az-a mərhumun yaxınları məlumat verib.
Adının çəkilməsini istəməyən xanım bildirib ki, artıq Qəndab xanımla vilaşamaq istəyənlər burdadırlar:
"Hamı burdadı. Demək olar ki, sənət dostlarından tutmuş pərəstişkarlarına qədər. Qəndab xanım bizə ağır dərd qoyub getdi. Bizimlə bərabər onu Azərbaycan itirdi",- deyən xanım göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, Qəndab Quliyeva 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olub. 1976-1980-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində, 1991-1996-cı illərdə Azərbaycan Dövlət Musiqi və İncəsənət Universitetində təhsil alıb. 1981-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.
Xalq artisti Binə kənd qəbiristanlığında, anasının yanında dəfn olunacaq.
Allah rəhmət eləsin.
Azər Salam
Sfera.az