Texnologİya

"WhatsApp"da işimizi asanlaşdıracaq daha bir YENİLİK

"Facebook”a məxsus "WhatsApp” messencerində milyonlarla adamın maraqlandırılan yeni xüsusiyyət işə salınıb.

Sfera.az xəbər verir ki,  daha əvvəl bu yeniliyi iOS əməliyyat sistemində tətbiq edən "WhatsApp” "Android”dən istifadə edən cihazlarda da tətbiq etməyə başlayıb.

İlk dəfə beta versiyada tətbiq edilən bu xüsusiyyət sayəsində cavab vermək istədiyiniz mesajı asan şəkildə yana çəkib cavabalandıra bilərsiniz. Əvvəlki versiyalarda bunu etmək üçün cavab vermək istədiyiniz mesajı seçib cavab ver düyməsinə basmağımız lazım gəlirdi. Tətbiq olunan yenilik vasitəsilə bu işi asan şəkildə görüb, cavab yaza biləcəyik. Xüsusilə qrup yazışmalarında işimiz daha da asanlaşacaq.

Rəsul
Sfera.az


 

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031