Vüqar Bayramlıdan növbəti uğurlu araşdırma

Vüqar Bayramlıdan növbəti uğurlu araşdırma
 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun mərkəzin ekspertləri Gülnarə Abbas və Nəbi Rüstəmli ilə birlikdə hazırladığı tədqiqat "Eslevier” nəşriyyatı tərəfindən məşhur İnternational Economics (Beynəlxalq İqtisadiyyat) jurnalında nəşr edilib. Məqalə artıq ən böyük qlobal elmi portal olan "sciencedirect” portalında yerləşdirilib. Araşdırmanı oxumaq üçün bu link vasitəsilə keçid etmək mümkündür: //www.sciencedirect.com/science/article/abs/pii/S211070171830297X
"Kollateral ziyan: Qərbin Rusiyaya sanksiyaları və onun post-communist ölkələrinə təsirinin qiymətləndirilməsi” adlı məqalədə Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların post-kommunist qonşuları üçün orta müddətli təsirlərinin qiymətləndirməsi aparılıb. Qiymətləndirmə "VAR” modeli vasitəsilə araşdırılıb. Model Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların bu ölkənin post-kommunist qonşularına əhəmiyyətli dərəcədə təsir etdiyini müəyyənləşdirib. Məqalədə MDB ölkələri və Gürcüstana təsirlər ayrıca modelləşdirilib. Eyni zamanda post-sosialist ölkələri üzrə də ayrıca qiymətləndirmə aparılıb.
Bu ölkələrin Rusiya ilə ixrac əməliyyatları, pul köçürmələri və xarici investisiya qoyuluşları panel reqreslərindən istifadə etməklə araşdırılıb. Model göstərib ki, post-sosialist ölkələri MDB ölkələri ilə müqayisədə Rusiyaya daha az inteqrasiya olunub və neft və qaz ixrac edən MDB ölkələri iqtisadi baxımdan Rusiyadan nisbətən az asılıdırlar.
Digər MDB ölkələri ən həssas qrupdur və pul köçürmə kanalı onların iqtisadiyyatı üçün əhəmiyyətini qoruyub saxlayır. Məqalədə Rusiyaya tətbiq olunan sanksiyaların post-kommunist ölkələrinə təsirlərini minimumlaşdırmaq üçün konkret təkliflər irəli sürülüb.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...