\"Viaqra\"nı tarixə qovuşduran İNANILMAZ KƏŞF

\
 
 
Danimarkanın elm adamları cinsi əlaqə zamanı ereksiyanın disfunksiyasını yaradan amillərlə bağlı önəmli kəşfə imza atıb.

Mütəxəssislər kəşf etdikləri bir iynə ilə yaranan problemi ortadan qaldırmağı bacarıb.

20 milyon kök hüceyrədən istifadə edərək düzəldilən bir inyeksiya yaxın gələcəkdə kişilərdə ereksiya olmaması probleminə çarə ola və "Viaqra" kimi dərmanların kökünü kəsə bilər.

"The Sunday's Times" dərgisində yer alan xəbərə görə, bu müalicə üsulu "Viaqra"dan fərqli olaraq, qan damarlarını və sinirləri canlandırır.
Lakin yeni müalicə metodunun uzunmüddətli təsirlərini anlamaq üçün daha çox araşdırmaya ehtiyac var.Araşdırmaya başçılıq edən Danimarka Regenerativ Tibb Mərkəzinin direktoru, professor Soren Şeyx əldə etdikləri bilgiləri Avropa İnsan Törəmə və Embriologiya Dərnəyinin iyul ayında İspaniyada təşkil ediləcək toplantısında təqdim edəcəklərini deyib.

Araşdırmaların əsas hədəfi xərçəng xəstəliyinə tutulduğu üçün prostat vəziləri götürülən kişilərə yardım etməkdir. Komanda bildirib ki, kök hüceyrə müalicəsi ürək xəstəliyi olan və ya qocalmanın təsiri ilə ereksiya disfunksiyası yaşayan kişilər üçün tətbiq ediləcək.
ABŞ Milli Diabet, Həzm və Böyrək xəstəlikləri Universitetinin hesabatına görə, təkcə bu ölkədə 30 milyon kişi ereksiya problemi yaşayır. (publika.az)
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...