Vergilər azalıb, maaşlar isə artıb

Vergilər azalıb, maaşlar isə artıb

Yanvarın 1-dən Vergilər Nazirliyi əmək haqlarında gəlir vergisi üzrə güzəştin

 tətbiqinə başlayıb.Anspress-in məlumatına görə, bu barədə Vergilər Nazirliyinin mətbuat xidmətinin

 rəhbəri Şahin Məmmədov məlumat verib. Onun sözlərinə görə, Vergi Məcəlləsinə edilmiş bu dəyişiklik fiziki şəxslərin əmək

 haqlarına verilən güzəştlərin əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur. 

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2015-ci il tarixli Fərmanı 

ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər 

edilməsi barədə" Qanunla Məcəllənin 102.1.6-cı maddəsinə dəyişiklik edilib və 

2016-cı ilin yanvar ayının 1-dən əsas iş yerində aylıq gəliri 2.500 manatadək və

 illik gəliri 30 min manatadək olan fiziki şəxslərin gəlirlərinin müvafiq olaraq ölkə

 üzrə yaşayış minimumunun 1 və 12 mislinədək olan hissəsinə gəlir vergisi üzrə 

güzəştin tətbiqi nəzərdə tutulub.
Məlum olduğu kimi, ölkə üzrə aparılan sosial-iqtisadi siyasətə uyğun olaraq hər il 

əmək haqları davamlı olaraq artırılır. Lakin muzdlu işçinin həmin artımdan 

bəhrələnməsi imkanı yox idi. Çünki vergi qanunvericiliyində indiyədək qüvvədə olan 

güzəştlərin tətbiqi mexanizmi elə qurulmuşdu ki, aylıq gəlirləri 250 manatdan az olan 

fiziki şəxslərin əmək haqlarının artırılması nəticə olaraq həmin şəxslərin güzəşt 

dairəsindən çıxmasına səbəb olurdu. Vergi Məcəlləsinə edilmiş dəyişiklik nəticəsində işçi əməkhaqqı artımından tam 

bəhrələnə biləcək. Bu vergi güzəştindən həm dövlət sektorunda, həm də özəl 

sektorda çalışan 500 mindən artıq insan faydalanacaq.Dəyişikliyi aşağıdakı nümunədən daha aydın görmək olar.


 
Əmək haqlarına tətbiq edilən vergi güzəşti son nəticədə ölkə əhalisinin gəlirlərini 

artırmaqla onların maddi rifahının yaxşılaşmasına təkan verəcək. Bu addım əhalinin 

gəlirləri artırmaqla onların maddi rifah halının yaxşılaşmasına müsbət təsir göstərəcək 

və əmək haqlarının leqallaşmasını təşviq edəcək. 


OXŞAR XƏBƏRLƏR