Vaşinqtonda atışma - 5 nəfər yaralandı

Vaşinqtonda atışma - 5 nəfər yaralandı
Bu gün ABŞ-ın paytaxtı Vaşinqtonun cənub-şərqində silahlı insident baş verib.

Sfera.az xəbər verir ki, bu barədə paytaxtın Kolumbia dairə Polis İdarəsinin rəhbəri Robert Konti "The Washington Post” qəzetinə açıqlamasında bildirib.

Atışma nəticəsində 13 yaşlı yeniyetmə də daxil olmaqla 5 nəfər yaralanıb.

Onlardan üçü xəstəxanaya aparılıb, yeniyetmə və digər şəxsə yerində tibbi yardım göstərilib.

Polis İdarəsinin rəisi hadisədən sonra keçirdiyi mətbuat konfransında hadisəni qəbuledilməz olduğğunu vurğulayıb: "Bizim cəmiyyətdə heç kim buna dözməməlidir”.

OXŞAR XƏBƏRLƏR