Varlılar indi də buna maraq salıblar: Eyni sırada duran “06” və “Ferrari” - FOTOLAR

Varlılar indi də buna maraq salıblar: Eyni sırada duran “06” və “Ferrari” - FOTOLAR
ABŞ-da yeni avtomobil dəbi meydana çıxıb.

Sfera.az xəbər verir ki, amerikalılarda köhnə sovet avtomobillərinə maraq ildən-ilə artır.

Los-Ancelesdə "СССРGarage" adlı böyük bir avtoklub var. Yeni tendensiya digər şəhərlərdən də yan keçməyib.

Nyu-Yorkda və Mayamidə  avtohəvəskarların ənənəvi toplantısı hər il keçirilir. Portlenddə də bir neçə belə klub var.

Ancaq bu mənada Sietlə çatan yoxdur. Ən çox sovet maşını həvəskarı məhz buradadır. Şəhərdə işıqforda idman tipli  "Ferrari”  yaxud  "Porshe” ilə eyni sırada parıldayan sovet "VAZ 06”-nı görmək heç kimi təəcübləndirmir.

Sietldə sovet avtomobillərinə aid klublarla yanaşı muzey də var.

Klassika amerikalıları maqnit kimi cəlb edir.



OXŞAR XƏBƏRLƏR