Vaqif Əsədov DYP üçün alınan 100 minlik “Mercedes”lərdən danışdı

Vaqif Əsədov DYP üçün alınan 100 minlik “Mercedes”lərdən danışdı
 Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti bölüyünə təqdim olunan avtomobillərin qiyməti bəlli oldu. Avtomobil ticarəti ilə məşğul olan şəxslər hesab edir ki, 2017-ci il istehsalı olan "Mercedes" AMG C43 markalı avtomobilin qiyməti komplektasiyasından aslı olaraq 60-70 min (119 000 AZN) dollar civarındadır.
 
Bəs Bakı şəhər Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına həmin avtomobillərdən verilibmi?
Suala cavab tampaq üçün qurumla əlaqə saxladıq. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov "Ölkə.Az”a açıqlamasında bildirdi ki, əməkdaşlarına həmin avtomobillərdən verilməyib. Qurum rəsmisi deyir ki, yeni avtomobilləri sadəcə internetdən görüb.


"Hazırda "Mercedes” AMG C43 markalı avtomobillərinin Bakının yol polislərinə verilməsilə bağlı məndə heç bir məlumat yoxdur. Həmin avtomobillərin fotolarını internetdən görmüşəm. Bəli, çox gözəl avtomobillərdir. Son model maşınlardır. Niyə də olmasın? İnkişaf etmiş bir ölkədə elə belə də olmalıdır. Lakin bu maşınların hara, nə cür və kimə verilməsi barədə heç bir məlumatım yoxdur”, - deyə V. Əsədov bildirib.(olkə.az)

OXŞAR XƏBƏRLƏR