Vahid Məhərrəmov: “Ərzaq təhlükəsizliyinə təminat yoxdur”

Vahid Məhərrəmov: “Ərzaq təhlükəsizliyinə təminat yoxdur”
"Ölkənin ərzaq təhlükəsizliyinə təminat yoxdur”.

Sfera.az xəbər verir ki, bunu kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib. Ekspert qeyd edib ki, bu ilin birinci ayında ərzaq mallarının idxalı dəfələrlə artıb, ixracı isə azalıb.

"İxracda çay 47 faiz, bitki və heyvan mənşəli piylər və yağlar 2,3 dəfə, şəkər 2,7 dəfə azalıb. İdxalda ət 50 faiz, kəsim üçün nəzərdə tutulan ətlik diri heyvanlar 2,4 dəfə, süd 2,5 dəfədən çox, buğda 2 dəfədən çox, çay 50 faiz, bitki və heyvan mənşəli piylər və yağlar isə 4 dəfədən çox artıb”, - deyə Vahid Məhərrəmov bildirib.

Ekspert digər ərzaq mallarının və kənd təsərrüfatı məhsullarının idxalında da kəskin artımın müşahidə olunduğunu deyib.


Mənsur Rəğbətoğlu



OXŞAR XƏBƏRLƏR