"Uşaqlarımı da götürüb ölkədən gedərəm" - Aktrisadan GÖZLƏNİLMƏZ AÇIQLAMA

Cazibədar aktrisa Şarlz Teron bu dəfə fərqli bir mövzu ilə gündəmdədir. 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, aktrisa ABŞ-da hələ irqçilik edildiyini və bu vəziyyətdən narahat olduğunu sərt şəkildə ifadə edib:

"Hələ də irqçiliyi müzakirə edirik? Belə davam edərsə, uşaqlarımı da götürüb ABŞ-dan gedəcəyəm".

42 yaşlı aktrisa "Elle" jurnalına verdiyi müsahibədə karyerası üçün təhlükəli olsa belə, ölkədən getməkdən çəkinmədiyini dilə gətirib:
 
"Sözün düzü, bu ölkədə olanda daha yaxşı təkliflər alırsan. Ancaq artıq irqçilik, cinsiyyətçilik kimi mövzular öz həllini tapmalıdır. Yoxsa, getməli olacağam. Çünki övladlarımın özlərini təhlükədə hiss etdikləri bir ölkədə yaşamaqlarını istəmərəm".

Qeyd edək ki, aktrisa bir neçə il öncə 2 qaradərili uşağı övladlığa götürüb.
 
Lalə Nəsirova


OXŞAR XƏBƏRLƏR