Uşaq oyuncağın parçasını udarsa, nə etməli? – VALİDEYNLƏRƏ TÖVSİYƏ

Uşaq oyuncağın parçasını udarsa, nə etməli? – VALİDEYNLƏRƏ TÖVSİYƏ

Uşaq və körpə ölümlərinin ən böyük səbəblərindən biri də evdə baş verən qəzalardır. Bəs bu qəzalar zamanı ilkin yardım olaraq nə etmək olar? Aile.lent.az bununla bağlı valideynlərə bəzi məsləhətlər təqdim edir.

 

Oyuncaq xəbərdarlığı

 

Uşaqların oyuncaqları arasında kiçik parçalar, uzun ip, boyunbağı və təkər kimi boğulmasına səbəb ola biləcək əşyalar olmamalıdır. Körpələrə gözmuncuğu kimi nəsnələr taxılmamalıdır.

 

Hündürlükdən yıxılarsa

 

4 aylıq və daha böyük körpələri qarşısında qoruyucu bir şey olmadan yataq, ya divanda tək buraxmaq olmaz. Yıxıldığı məsafə 50 sm-dən yüksək və sərtdirsə, körpənin həkim yoxlanışından keçməsi lazımdır. 50 sm-dən daha az məsafədən yıxılaraq yumşaq səthə düşən körpələrdə qusma və huş problemi yaranarsa, mütləq həkimə müraciət edin.  

 

Nəsə udarsa

 

Fındıq, qoz, badam, çəyirdək kimi çeynənməsi çətin olan quru çərəzlər 3 yaşdan kiçik uşaqlara əzilərək verilməlidir. Əks halda ani ölümlər yaşana bilər. Boğazına bir şey gedərsə, üzü yerə baxacaq şəkildə başı aşağı sallayıb ayaqlarından tutun və sinəsinə möhkəm basın. Burnuna bir şey giribsə, əl vurmadan həkimə aparın.

 

Elektrik vurmasına qarşı

 

"Razetkalar” qoruyucu qapaqla bağlanmalıdır. Elektrik cərəyanı vurması zamanı görüləcək ilk iş nəbzi və tənəffüsü yoxlamaqdır. Uşaqda huşunu itirmə və üzünün rənginin solması kimi şok əlamətlər varsa, başı gövdəsindən bir az alçaqda, ayaqları isə yuxarıda olacaq şəkildə uzadılmalıdır.

 

Manejdə yalnız buraxmayın

 

Manej ev qəzalarının sayını artıran ən təhlükəli əşyadır. Buna görə diqqətli olmaq lazımdır. Özəlliklə 5 yaşdan kiçik uşaqlar hamamda yalnız buraxılmamalıdır. Su dolu vannanın içinə başı üstə düşə bilər. Kənarları şüşə, iti və sərt olan ev əşyalarının küncləri plastik qoruyucularla qorunmalıdır.

 

Uşağın yanında dərman içməyin

 

Evdə uşaqların əli çatacaq yerlərə dərman qoymayın. Uşaqların hər şeyi yamsılamaq istəyini nəzərə alaraq, yanlarında dərman içməyin. 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...