\"US Open\"in qalibi Rafael Nadal oldu

\
 

"US Open"də kişilərin mübarizəsində final görüşü keçirilib.

 

Sfera.az bildirir  ki, Nyu-Yorkda keçirilən mövsümün sonuncu "Böyük Dəbilqə" turnirinin finalında ispaniyalı Rafael Nadalla rusiyalı Daniil Medvedev qarşılaşıb. 4 saat 49 dəqiqəlik mübarizəni Nadal qazanıb.

 

33 yaşlı roketka ustası rəqibini 3:2 hesabı ilə məğlub edib - 7:5; 6:3; 5:7; 4:6; 6:4.

 

Nadal "US Open"də dördüncü zəfərini qazanıb. Bu, onun "Böyük Dəbilqə"də 19-cu titulu olub. Nadal 20 titulu olan Rocer Federerdən geri qalır.


OXŞAR XƏBƏRLƏR