“Unibank” sədri vergidəki dəyişikləri şərh etdi

“Unibank” sədri vergidəki dəyişikləri şərh etdi
"İlk növbədə bu dəyişikliklər nəinki, bank sektoru – bütün bazara, bütün iqtisadiyyata müsbət dəyişiklik edəcək. Mənim şəxsi fikirimcə.”
Sfera.az xəbər verir ki, bunu "Unibank” ASC-nin İdarə Heyəti sədri "ARB24” TV-yə  vergidəki dəyişiklikləri şərh edərkən Faiq Hüseynov bildirirb.

"Əvvala biz gözləyirik ki, və ümid edirk ki, bir sıra hələ də kölgədə qalan iqtisadiyyatın qaranlıq hissəsini şəffaflığa doğru çıxaracaq və bu da dərhal bizim bankımızın işində öz əksini tapacaq. O cümlədən deyək maaşlar. Sirr deyil ki, hələ də Azərbaycanda özəl sektorda xüsusən maaşların bir hissəsi rəsmi bir hissəsi isə qeyri-rəsmi formada verilir. Halbu ki, bu yeni vergi məcəlləsində nəzərdə tutulmuş dəyişiklər və islahatlar stimull yaradacaq ki, artıq sahibkarlıq o fromadan ( qara mühasbiatlıq) daha şəffaf formada keçsinlər.” – deyə Hüseynov bildirir.

Hüseynov bildirir ki, bu da öz nəvbəsində işçilərin rəsmi şəkildə aldıqıları aşağı səviyyəli maaşların yüksəklməsinə köməklik edəcək. Bundan əlavə bu dəyişiklərdən sonra özəl sektorda çalışanların kredit alma reytinqi yüksələcək: "Bu gün nağd şəkilində əməkhaqqı alan şəxs kredit üçün müracitə edə bilmir. Çünkü, o qanunvericiliydə nəzərdə tutulmuş hesablamlalara uyğun deyil.”


OXŞAR XƏBƏRLƏR