Ukrayna Rusiyanın bütün təyyarələri üçün səmasını bağladı

Ukrayna Rusiyanın bütün təyyarələri üçün səmasını bağladı

Ukraynanın Nazirlər Kabineti bütün Rusiya aviaşirkətlərinin tranzit uçuşları üçün hava məkanının sərhədlərini bağlayıb.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Rusiya Federasiyasının mülki təyyarələrin uçuşuna qadağanın qoyulmasını Ukraynanın baş naziri Arseni Yatsenyuk bildirib.

“Daha öncə hərbi təyyarələrin uçuşuna qadağa qoyulmuşdu, indi qadağa mülki təyyarələrə də aiddir. İnfrastruktur Nazirliyindən Rusiyanın bütün aviaşirkətləri üçün hava məkanının bağlanması üçün beynəlxalq hüququn normalarından istifadə etməsini xahiş edirəm”, - Yatsenyuk bəyan edib.

Baş nazir həmçinin Ukraerorux-a (Ukraynanın Dövlət hava hərəkəti xidməti müəssisəsi) Ukrayna hakimiyyətinin qərarı barədə Rusiya tərəfini xəbərdar etməyi tapşırıb.

Xatırladaq ki, sentyabrda Kiyev Rusiya aviaşirkətlərinə qarşı Ukraynaya uçuşlara məhdudiyyət və ya qadağa nəzərdə tutulan sanksiyaları tətbiq edib. Rusiya cavab olaraq simmetrik addım atıb. Oktyabrın 25-də iki ölkə arasında aviaəlaqə tamamən kəsilib.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...