Ukrayna Rusiya ilə bütün müqavilə və sazişləri dayandırdı

Ukrayna Rusiya ilə bütün müqavilə və sazişləri dayandırdı
Ukraynanın Xarici İşlər Naziri Pavel Klimkin bəyan edib ki, Rusiya ilə imzalanmış 49 müqavilə və saziş qüvvədən düşüb.
 
Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bundan əlavə daha 50 sənəd dondurula bilər.
 
"Hazırda doqquz razılaşma dayandırılıb. Biz bu məsələdə işimizi davam etdirəcəyik” deyə nazir bildirib.
 
Klimkin əlavə edib ki, Ukrayna Rusiya ilə əldə olunmuş bütün razılaşmaların baza hissəsini nəzərdən keçirəcək.
 
Qeyd edək ki, keçən il dekabrın 10-da Ukrayna prezidenti Pyotr Poraşenko "Rusiya ilə imzalanmış dostluq, əməkdaşlıq və partnyorluq sazişi”nin qüvvədən düşməsi barədə qanun imzalamışdı.

OXŞAR XƏBƏRLƏR