UEFA Azərbaycanın 4 klubuna vəsait ayırıb

UEFA Azərbaycanın 4 klubuna vəsait ayırıb

UEFA Azərbaycanın 4 futbol komandasında vəsait ayırıb.

Sfera.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA-nın 19 iyul 2016-cı il tarixli 39 nömrəli məktubuna və həmin məktubun 3.1.3-cü bəndinə əsasən, kommersiya fəaliyyətindən irəli gələn əlavə gəlirlərin seçmə mərhələlərdə iştirak edən klublara bölüşdürülməsi nəzərdə tutulub. Ayrılmış həmin maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada aşağıda göstərilmiş klubların hesabına köçürülüb:

"Qarabağ” – 75450.00 avro
"Neftçi” – 33220.00 avro
"Qəbələ” – 50960.00 avro
"Kəpəz”– 33220.00 avro

Qeyd edək ki, "Kəpəz” klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.

Sfera.az


OXŞAR XƏBƏRLƏR