Ucarda 4 nəfər torpaq uçqunu altında qaldı
Hadisə
19:49 / 09.04.2019
4844
Ucar rayonunda torpaq uçqunu baş verib.
Sfera.az-ın Report-un məlumatına görə, hadisə bu gün axşam saatlarında Ucar şəhərinin mərkəzində qeydə alınıb.
Uçqun "Azərsu” ASC tərəfindən qazıntı işləri aparılan zaman olub. Nəticədə 4 nəfər uçqun altında qalıb. Xəsarət alan şəxslər torpağın altından çıxarılaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.