Gündəm
Sİyasət

Türkmənçay müqaviləsinin imzalanmasından 190 il ötür

Türkmənçay müqaviləsinin imzalanmasından 190 il ötür
 Bu gün Azərbaycanın taleyində həlledici rollardan birini oynayan Türkmənçay sülh müqaviləsinin imzalanmasından 190 il ötür.

 

Bu müqavilə ilə iki il davam edən II Rusiya-İran müharibəsi başa çatıb.

 

Müqaviləni Təbriz yaxınlığındakı Türkmənçay kəndində Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Fətəli şahın oğlu Şahzadə Abbas Mirzə imzalayıblar. Müqaviləyə əsasən, Araz çayından şimaldakı Azərbaycan torpaqları Rusiyanın tərkibinə qatılır, İrəvan və Naxçıvan da Rusiyaya verilirdi. Xəzər dənizində yalnız rus hərbi gəmiləri saxlanıla bilərdi. İran Rusiyaya 20 milyon manat təzminat verməli idi. İrandan Qafqaza və Qafqazdan İrana əhalinin sərbəst keçməsinə icazə verilirdi.

 

1813-cü ildə imzalanmış Gülüstan müqaviləsinin davamı olan Türkmənçay müqaviləsi ilə Araz çayından şimaldakı və cənubdakı Azərbaycan torpaqlarının Rusiya və İran arasında bölüşdürülməsi prosesi rəsmən başa çatıb. Məhz bu müqavilədən sonra ermənilərin kütləvi surətdə Şimali Azərbaycan ərazilərinə köçürülməsinə başlanıb. 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən 90 min erməni Azərbaycana köçürülüb.
AdRiver

XƏBƏR LENTİ