Türkiyənin alacağı raketlər Azərbaycanda yerləşdirilə bilər? – EKSPERT RƏYİ

Türkiyənin alacağı raketlər Azərbaycanda yerləşdirilə bilər? – EKSPERT RƏYİ


"Ankaranın Rusiyadan S-400 raketlərini almaq niyyəti qətidirsə, ABŞ və NATO-nun təzyiqlərinə baxmayaraq bu addımı atmaqda qərarlıdırsa, belə olan halda həmin raketlərin Azərbaycan əfrazisində saxlanılmasına da ehtiyac yoxdur”


Sfera.az-a açıqlamasında bunu Türkiyənin "Sabah” qəzetinin yazarı Okan Müdərrisoğlunun Rusiyanın Ankaraya verəcəyi S-400-in müvəqqəti olaraq Azərbaycan ərazisində saxlanıla biləcəyinə dair fikirlərinə münasibət bildirərkən Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib:

 

"Bildiyiniz kimi, Türkiyənin Frusiyadan S-400 raketlərini almaq qərarı Vaşinqtonun xeyli qəzəbinə səbəb olub. Nəticədə bu iki NATO ölkəsi və müttəfiqi arasında münasibətlər kəskinləşib.Türkiyəli həmin jurnalist S-400-lərin müvəqqəti olsa da belə Azərbaycanda saxlanılacağı barədə dəqiq, səhih və təsdiqlənmiş məlumatlar versəydi, istinad edərək mənbə göstərsəydi, həmin məsələ ətrafında daha dəqiq fikir söyləmək asan olardı. İndiki halda isə Türkiyəli jurnalistin bu mövqeyini nə rəsmi Ankara, nə də rəsmi Bakı təsdiqləməyib. Bununla bağlı hər hansı bir fikir ortaya qoyulmayıb. O səbəbdən də həmin açıqlamaya aydınlıq gətirmək çətin məsələdir. Türkiyənin Rusiyadan S-400 raketlərini almaq niyyəti qətidirsə, ABŞ və NATO-nun təzyiqlərinə baxmayaraq bu addımı atmaqda qərarlıdırsa, belə olan vəziyyətdə həmin raketlərin Azərbaycan əfrazisində saxlanılmasına da ehtiyac yoxdur. Türkiyə bu istiqamətdə qərarını bəyan edib və bu hərbi sirr deyil. Bütün dünya Ankaranın bu niyyətini bilir. Belə vəziyyətdə həmin raketlərin müvəqqəti də olsa Azərbaycanda saxlanılmasının mənası nədir? Burada hansı məqsədlər güdülə bilər?"


Millət vəkili Türkiyəli jurnalistin sözügedən açıqlamasının məntiqdən uzaq olduğunu bildirdi:


"Hesab edirəm ki, bu baxımdan türkiyəli jurnalistin həmin açıqlamasından ortaya məntiq çıxmır, burada məntiq yoxdur. Xüsusilə də hesab edirəm ki, bu kimi sualları daha çox Türkiyənin hərbi-siyasi dairələri və Azərbaycanın Müdafiə Nazirliyinə ünvanlamaq daha düzgün olardı. Bununla bağlı heç bir məlumata malik deyiləm. Məsələ ilə bağlı ortada nə Türkiyə, nə də Azərbaycan tərəfinin hər hansı bir yanaşma və mövqeyi yoxdur. Ona görə də, həmin açıqlama sadəcə olaraq bir jurnalistin şəxsi mülahizələrindən o yana gedə bilməz. Həmin səbəbdən hesab edirəm ki, bu məsələ ətrafında xüsusi dayanmağa lüzum yoxdur”.


Qeyd edək ki, ilə "Sabah” qəzetinin yazarı Okan Müdərrisoğlu Rusiyanın Türkiyəyə verəcəyi S-400-lərin müvəqqəti olaraq Azərbaycan ərazisində saxlanıla biləcəyi iddiası ilə çıxış edib. "S-400-lərin təslim edilməsindən sonra onların Azərbaycan və Qətərdə saxlanılması məsələsi masadadır. S-400-lər F-35-lərə risk yaratmayacaq şəkildə yerləşdirilir. "S-400-lər alınar, başqa bir yerdə durar” yanaşmasından o tərəfə keçəcək həlli Ankaradan gözləmək həddən artıq optimistlik olar”, – deyə o bildirib. Xatırladaq ki, Ankaranın Rusiyadan S-400-ləri almaq niyyəti onun ABŞ başda olmaqla NATO-dakı müttəfiqlərilə münasibətinin kəskinləşməsinə səbəb olub.

 

 

ELÇİN


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...