Türkiyədəki zəlzələnin Azərbaycana təsiri...

Türkiyədəki zəlzələnin Azərbaycana təsiri...

Türkiyədə baş verən zəlzələnin Azərbaycana heç bir təsiri yoxdur, ola da bilməz.

Bunu APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, məsafə çox olduğuna görə, zəlzələ Azərbaycan ərazisinə təsir etməyib: "Zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10 kilometr məsafədə yerləşib. Zəlzələ qeydə alınan yer tamam başqa regiondur. Orada gedən tektonik proseslərin, dərinlik qırılmalarının Azərbaycanla ümumiyyətlə, bağlılığı yoxdur. Əhalinin təşvişə düşməsinə heç bir əsas yoxdur”.

Q. Yetirmişli əlavə edib ki, Azərbaycan ərazisində tektonik proseslərlə bağlı narahatlıq mövcud deyil: "Zəif təkanlar hiss olunsa da, qorxulu heç nə yoxdur. Dünən Saatlıda zəlzələ olub, amma yüngül təkandır, təhlükəli tərəfi yoxdur”.

Qeyd edək ki, Egey dənizi sahillərində baş verən zəlzələ nəticəsində 70-dək Türkiyə, 100-dən artıq Yunanıstan vətəndaşı xəsarət alıb.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda qadınların neçə faizi siqaret çəkir? - STATİSTİKA

2023-cü ilə aid olan məlumata əsasən, Azərbaycanda yaşı 15-dən yuxarı olan qadınların 0,2 faizi siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinə ...

İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü KEÇİRİLİR

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.   Sfera.az&...

Əhmədin anasının yerinə O TƏYİN EDİLDİ - FOTO + DOSYE

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub.   Sfera.az xəbər verir k...

Prezident İlham Əliyev Berlində böyük coşqu ilə QARŞILANDI 

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlinə işgüzar səfəri zamanı böyük coşqu ilə qarşılanıb.   Sfera.az xəbər verir ki, Preziden...

"Real Madrid"in OYUNÇUSU: "Nəticə gözləyirəm"

"Real Madrid"in və Almaniya millisinin mərkəz müdafiəçisi Antonio Rudiger qarşıdan gələn 2024-cü il Avropa Çempionatı ilə bağlı gözləntilərini bölüşüb...

Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO

Sosial şəbəkə fenomeni Bayram Nurlunun anası uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.   Sfera.az xəbər verir ki, məhrum Gülxanım xanım bu gün ...