Türkiyədə matçlar 1 dəqiqəlik sükutla başlayacaq

Türkiyədə matçlar 1 dəqiqəlik sükutla başlayacaq

Türkiyədə keçiriləcək futbol matçları bir dəqiqəlik sükutla başlayacaq.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası qərar verib.

Oyunlara sükutla başlanılmasına səbəb isə ölkənin Malatya və Elazığ şəhərlərində dünən gecə dəhşətli zəlzələnin baş verməsidir. Həmçinin, futbolçular meydana qara sarğı ilə çıxacaq.

Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində 21 nəfər ölüb, 1030 nəfər xəsarət alıb. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR