Türkiyədə dollar bahalaşır

Türkiyədə dollar bahalaşır
 
 
Çevriliş xəbərləri qardaş ölkənin pul vahidini ucuzlaşdırıb.
 
Türkiyədə hərbi çevriliş cəhdləri ilə bağlı olaraq dolar/TL 3,04 səviyyəsini aşıb.

Sfera.az xəbər verir ki, gün boyu 2,89-2,90 səviyyələrində qərarlaşan dollar/TL dünən axşam saatlarında çevriliş xəbərlərinin yayılmasından sonra 5% bahalaşaraq 3,04-ü aşıb.

Türkiyədə dolların qiymətində bahalaşma hazırda da müşahidə edilir.

Xatırladaq ki, dünən axşam qonşu ölkədə hərbi çevrilişə cəhd edilib. Son məlumatlara görə isə bununla bağlı artıq 754 nəfər saxlanılıb.
 


OXŞAR XƏBƏRLƏR