Türkiyədə aeroportda polislər arasında atışma - VİDEO
19:03 / 26.03.2019
7267
Türkiyənin Kayseri hava limanında daxili xətlər terminalının sərnişinləri yoxlama məntəqəsində insident yaşanıb.
Polislər Eyyub B. ilə Əli A. arasında mübahisə yaranıb. Adıçəkilən birinci şəxs silahla həmkarına 3 dəfə atəş açıb, daha sonra isə özünü vurub.
Hər iki şəxs ağır yaralı olaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
"Qafqazinfo”