"Türkiyə və Azərbaycana qarşı təzyiq imkanımız güclənəcək"

Ermənistanın köməyi ilə Türkiyə və Azərbaycana qarşı təzyiq imkanımız güclənəcək. Zəruri olarsa hətta ikinci cəbhəni də aça bilərik.
 

Sfera.az  publika.az-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindəki mənbə "Gazeta.ru"ya açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə ilə yaranmış gərginlik Rusiyanın Ermənistanı pulsuz silahlandırmasına da səbəb ola bilər: "Müharibəqabağı vəziyyət müttəfiqlər arasında yeni münasibətləri diktə edir. Görünür, Ankara ilə qarşıdurma gərginliyi daha da artıracaq. Hələlik, Rusiya ən yaxşı hərbi texnikalarından olan "Qasırğa" ilə Ermənistanın hərbi arsenalını gücləndirməyi planlaşdırır. Bu sistem Ermənistanda yoxdur, amma onun rəqibi Azərbaycan Ukraynadan onu alıb".

"Gazeta.ru" yazır ki, Rusiyanın Ermənistanı silahlandırması Ermənistanın Cənubi Qafqazda və regionun ən qaynar nöqtəsi olan Dağlıq Qarabağ münaqişəsində mövqeyini gücləndirəcək.

"Bu, Türkiyə və Azərbaycanı narahat edən məsələdir", - deyə sayt qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...