Türkiyə prezidenti: \"NATO bizə cavab verə bilmir\"

Türkiyə prezidenti: \
 

"Biz onlardan NATO-nun 5-ci maddəsinə əsasən soruşuruq: "Siz terrorçuların, yoxsa NATO üzvü olan Türkiyənin yanında olmalısınız?”.

Sfera.az  xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşməzdən əvvəl, Esenboğa hava limanında jurnalistlərə açıqlamasında bildirib.

O, son günlər Bəşşar Əsəd hakimiyyəti ilə terrorçu PKK/YPG-PYD-nin təsis etdiyi Suriya Demokratik Gücləri arasında danışıqlara da münasibət bildirib: "İndi bir çox dedi-qodular edilir. Kobanidəki antiterror əməliyyatına Rusiyanın müsbət yanaşması ilə bağlı problem olmayacaq. Menbic məsələsində ABŞ-la qarşılıqlı əlaqələrimizə əsasən, ABŞ 90 gün ərzində oranı boşaltmalı idi. Menbiçə biz yox, sahibləri ərəblər daxil olacaq". 

Biz onlardan NATO-nun 5-ci maddəsinə əsasən soruşuruq: "Siz terrorçuların, yoxsa NATO üzvü olan Türkiyənin yanında olmalısınız?”. Təbii ki bu suala cavab vermirlər. NATO üzvü olan yeganə müsəlman ölkə Türkiyədir. NATO-nun funksiyalarından biri həm də terrora qarşı mübarizədir. Ancaq NATO bölgədə öz vəzifsini yerinə yetirmir. NATO-nun baş katibi Yens Stoltenberqin məsələyə münasibəti çox fərqlidir", - deyə Ərdoğan vurğulayıb.

Türkiyə prezidenti Britaniyanın baş naziri Boris Consonla telefon danışığından da bəhs edib: "Boris Conson biz sizə necə yardım edə bilərik?” dedi”".  

Ərdoğan Suriya ilə sərhəddəki vəziyyətdən danışaraq bildirib: "600 top mərmisinin bizim torpaqlara atılmasına onların laqeyd qalması məlumdur. Şəhidlərimiz və yaralılarımz var. Evlərini boşaldanlar var”.

O, xarici KİV-in antiterror əməliyyatını təhrif etməsi ilə bağlı deyib: "Bu, onların taktikasıdır. İndi də eyni taktikadan istifadə edirlər. Onlar saxtakarlıqlar edəcək, biz isə doğrunu deyəcəyik. Onlar istədiyi qədər hədəfdən yayınsalar da, biz doğrunu deyəcəyik. Bunlar bizi həqiqəti deməkdən çəkindirə bilməz”. (report.az)


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...