Türkiyə mini insansız tank hazırlayıb - (FOTO - VİDEO)

Türkiyə mini insansız tank hazırlayıb - (FOTO - VİDEO)
Türkiyədə fəaliyyət göstərən şirkətlərdən biri "Ankerot” adlı kənardan idarə olunan silahlı robot platforması hazırlayıb.

Karabakhmedia.az "AzeriDefence”yə istinadən verdiyi məlumata görə,

"Elfatek” şirkətinin "Ankerot” adını verdiyi platforma məsafədən idarə olunur.

"Ankerot” ölkənin şərqində PKK-ya qarşı mübarizə aparan əsgər və polisin istifadə etməsi üçün nəzərdə tutulub.

"Mini tank” yaxın və ya uzaq məsafədə əsgər və polisin girə bilmədiyi ərazilərdə uzaqdan pult ilə istifadə ediləcək.

"Ankerot”un üzerindeki kamera vasitəsiylə bina içərisini və yol ərazisinə asanlıqla nəzarət etmək olur. Platformanın üzərində silahlar da yerləşdiriləcək. Platformanı 1 kilometrə qədər məsafədən idarə etmək imkanı var. Səssiz hərəkət üçün platforma elektrikli motorla təchiz olunub.
 
]

OXŞAR XƏBƏRLƏR