“Türk şahinləri” yenidən Bakı səmasında qayıdır –Ordu günü

“Türk şahinləri” yenidən Bakı səmasında qayıdır –Ordu günü
Türkiyə Hərbi Hava Qüvvələrinin "Solo Türk” qrupunun Azərbaycana səfərinin vaxtı dəyişib.

"AzeriDefence”-in məlumatına görə, bu barədə Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən KADEX-2018 sərgisində nümunəvi uçuşlar həyata keçirən "Solo Türk” qrupundan məlumat verilib.

Onun sözlərinə görə, aviaqrupun Bakıya səfəri may ayının 28-nə – Azərbaycanın dövlət müstəqilliyinin 100-cü ildönümünə planlaşdırılsa da, sonradan bu iyun ayının 26-na keçirilib.

"Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibəti ilə keçiriləcək tədbirlər çərçivəsində Bakı şəhərinin üzərində uçuş edəcəyik. Qardaş Azərbaycanın pilotları ilə birlikdə, Azərbaycan Ordusunun yüz illiyini qeyd etmək, Bakı səmasında uçmaq bizim üçün də bir tarix və qüruruverici hadisədir”, – deyə qrupdan bildiriblər.

Qeyd edək ki, 21 avqust 2001-ci il tarixində Türkiyə HHQ-nin "Türk Yıldızları” akrotimi (akrobatik qrupu) Bakı səmasında uçuş edib. "Türk Yıldızları” akrotiminin Bakı uçuşları eyni zamanda bir milyondan artıq insanın izlənməsi ilə dünya rekordu hesab edilir.
 
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...