Türk əsgərinin \"Sevgililər günü\" məktubu hər kəsi kövrəltdi - FOTOLAR

Türk əsgərinin \
Türkiyənin Şırnak şəhərində PKK terrorçuları ilə mübarizə aparan Hakan Yıldız adlı hərbçinin "Sevgililər günü" ilə bağlı yazdığı məktub hər kəsi kövrəldib.
 
 
Sfera.az "Hürriyet"ə istinadən bildirir ki, hərbçi sevgilisinə ünvanladığı məktubda bunları yazıb: 
 
"Bəzən ailəm, bəzən də sən gəlirsən ağlıma. Həsrətin böyükdür. Tək istəyim vətənimizin birliyi, bayrağımızın dalğalanmağa davam etməsidir. Sevdiyim, nişanlım, sənə bu sətirləri vətən toprağında keşik çəkərkən yazıram. Bu hissi heç nə ilə müqayisə edə bilmərəm. Allah hamıya nəsib etməz. Bilirəm ki, sən də mənimlə fəxr edirsən. Buna görə də, xoşbəxtəm. Fikrin məndə qalmasın. Burada şəraitimiz yaxşıdır. Vətən eşqi heç nəyə bənzəməz. Qəlbim bu vətən və sənin üçün döyünür. Dualarınızı əskik etməyin”.

 



OXŞAR XƏBƏRLƏR