Turistlər Azərbaycanda nə qədər pul xərcləyib?

Turistlər Azərbaycanda nə qədər pul xərcləyib?

2017-ci ilin birinci yarısında Azərbaycanın xarici dövlətlərlə qarşılıqlı xidmətləri 6,2 milyard dollar təşkil edib.

Bu rəqəm 2016-cı ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz çoxdur.

Hesabata əsasən, bunun 4,1 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 2,1 milyard dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 13,9 faizi nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Bu xidmətlər üzrə dövriyyə 858 milyon dollar təşkil edib. Bu məbləğin 48,5 faizi (416 milyon dollar) qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat sistemlərindən istifadə etmələri ilə bağlıdır. Qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 442 milyon dollara bərabər olub.

2017-ci ilin ilk 6 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 5,6 faiz artaraq 2,5 milyard dollara bərabər olub. Hesabata əsasən, xarici turistlər Azərbaycanda azərbaycanlı turistlərin xərclədiyi vəsaitdən 100 milyon dollar daha çox vəsait xərcləyib. Belə ki, xarici turistlərin Azərbaycandakı xərcləri 1,3 milyard dollar, azərbaycanlı turistlərin xaricdəki xərcləri 1,2 milyard dollar təşkil edib.

Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən tikinti xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 60,5 faiz azalaraq 31 milyon dollar təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə ötən ilin müvafiq dövrünə nisbətən 24,5 faiz artaraq 386 milyon dollara bərabər olub. (trend)

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...