“TuranBank” nizamnamə kapitalını artırır
17:04 / 07.05.2019
2705
"TuranBank” ASC səhmdarlarının 14 yanvar 2019-cu il tarixli növbədənkənar Ümumi Yığıncağında cəmi məbləği 15 000 848 manat olmaqla, 13864 ədəd adi, sənədsiz adlı səhmin emissiya edilməsi qərara alınmışdır.
Bankdan Sfera.az-a daxil olan məlumata görə, qərara əsasən, səhmlərin ilk mərhələsi, 9244 ədəd adi, sənədsiz adlı səhmləri qanunamüvafiq qaydada Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında dövlət qeydiyyatına alınmış və emissiya prosesinə başlanmışdır.
Ən sərfəli kredit üçün müraciət et
Yeni emissiyanın yerləşdirilməsindən sonra bankın nizamnamə kapitalı təxminən 10 milyon manat artaraq 70 milyon manat təşkil edəcək.