“Tüpürün üzünə” ifadəsi ilə bağlı universitetdən - Açıqlama

“Tüpürün üzünə” ifadəsi ilə bağlı universitetdən - Açıqlama
Bakı Slavyan Universitetinin (BSU) rektoru, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva ilə bağlı sosial şəbəkələrdə yayılan informasiya haqqında məlumat vermişdik. Qeyd edilirdi ki, rektor universitet tələbələri ilə birgə keçirilən tədbirdə sensasiya hesab olunacaq bir "tövsiyə” ilə çıxış edib. Onun çıxış zamanı "harda müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə” dediyi iddia olunur.
Məsələ ilə bağlı Bakı Slavyan Universitetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Quliyev "Yeni Sabah”a açıqlama verib. O bildirib ki, deyilənlər böhtandır:

"İlk növbədə onu qeyd edim ki, bir azərbaycanlı xanım, ağbirçək ana olan Nurlana Əliyevanın tələbələrlə hər görüşü daha çox övlad-valideyn münasibətləri çərçivəsində, səmimiyyət və inam müstəvisində baş tutur. Bu görüşlərdə milli-mənəvi dəyərlər, əxlaq, etika, vətənpərvərlik, ədalət, düzlük, insanpərvərlik önə çəkilir. Ümumiyyətlə, 30 ildən artıq ictimai-siyasi fəaliyyətlə məşğul olan, xalqını sevən, onunla ünsiyyətdən qürur duyan xanım-professoun iclasda siyasi əqidəsinə, dünyagörüşünə görə kimlərisə təhqir etməsi, yaxud kimlərinsə ünvanına aşağılayıcı ifadələr işlətməsi mümkünsüz bir işdir".

İ.Quliyev vurğulayıb ki, N.Əliyeva indiyədək heç bir vaxt Azərbaycan vətəndaşları arasında fərq qoymayıb, sosial mənşəyindən, milli-etnik mənsubiyyətindən, iqtidar və yaxud müxalifət düşıərgəsində təmsil olunmasından asılı olmayaraq bütün insanlarımıza bu torpağın, yurdun bərabərhüquqlu vətəndaşları kimi baxıb: 

"Belə bir ziyalı xanımın, pedaqoqun, tanınmış dövlət xadiminin siyasi baxışlarına, ideoloji düşüncəsinə görə kimlərisə təhqir etməsi, yaxud onlar haqqında nalayiq ifadələr işlətməsi barədə informasiyalar şər-və böhtandan başqa bir şey ola bilməz. Təkrar edirəm, iqtidar-müxalifət mövqeyində durmasından asılı olmayaraq bu ölkənin bütün vətəndaşlarına sayğı göstərmək bizim borcumuzdur. Dörd mindən artıq tələbənin qarşısında tez-tez çıxış edən rektor hər dəfə cəmiyyətdə həmrəylik, birlik, vəhdətin zəruriliyini vurğulayır, müharibə şəraitində yaşayan ölkmizdə insanlarımızın bir yumruq kimi birləşməsinin vacibliyini önə çəkir. Belə bir halda onun dilindən cəmiyyətin müəyyən bir təbəqəsinin ünvanına nalayiq ifadənin işlədilməsi mümkünsüzdür.

Bütün bunlar ölkəmizdə narazılıq, qarşıdurma yaratmaq istəyənlərin, Azərbaycanda sabitliyi, qarşılıqlı etimad və inamı pozmaq arzusunda olanların çirkin əməlidir.

Bir daha bəyan edirəm ki, BSU-nun rektoru, professor Nurlana Əliyeva heç kəsin ünvanına təhqiramiz, nalayiq ifadə işlətməyib, bu kampaniya sadəcə olaraq şər və böhtandır. Siyasi mövqeyindən asılı olmayaraq bu ölkənin bütün vətəndaşları bizim üçün eyni dərəcədə əzizdir. Sosial şəbəkə istifadəçilərindən bir daha xahiş edərdik ki, yoxlanılmamış, dəqiqləşdirilməmiş informasiyaları ictimaiyyətə çatdırmasınlar, əks təqdirdə bu, hamının başa düşdüyü qərəzə çevrilir".

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...