Tualetdə məktub tapıldı, Rusiya təyyarəsi təcili Bakıya endi

Tualetdə məktub tapıldı, Rusiya təyyarəsi təcili Bakıya endi
Flightradar-ın interaktiv xəritəsinə əsasən təyyarə Bakıya enməzdən əvvəl havada iki dövrə vurub. İlkin məlumata görə göyərtədə bomba olduğu haqda məktub təyyarənin tualetində tapılıb.

Rusiyanın Azərbaycandakı səfirliyi təyyarə ilə bağlı insidenti araşdırdıqlarını, məlumatların yoxlanıldığını bildirir.

Rusiya KİV-lərinin xəbərlərinə görə hazırda bütün sərnişinlər təyyarədən evakuasiya olunub. Təyyarə təhlükəsizlik və fövqəladə xidmətlərin əməkdaşları daxil olublar. Onlar göyərtədə yoxlama aparır. Yoxlamadan sonra təyyarənin Moskvaya uçacağı gözlənilir.

*   *   *15:17

"Ural Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Bakı hava limanında təcili eniş edib.

Təyyarə Bəhreyndən Moskvaya uçurmuş.

İlkin məlumatlara görə, pilota təyyarənin göyərtəsində bomba olması barədə yazılmış kağız parçası ötürülüb və o. təcili eniş barədə qərar qəbul edib.virtualaz


OXŞAR XƏBƏRLƏR