“TRT”-nin jurnalistini öldürən şəxsə ömürlük həbs cəzası verildi

“TRT”-nin jurnalistini öldürən şəxsə ömürlük həbs cəzası verildi
Türkiyə məhkəməsi iki uzaq qohumunu qətlə yetirən Suriya vətəndaşını ömürlük həbs cəzasına məhkum edib.
 
Sfera.az "Hurriyet Daily News” nəşrinə istinadən xəbər verir ki, öldürülənlər Bəşər Əsəd rejimini sərt tənqid edən hüquq müdafiəçisi və onun jurnalist qızı olub.

İstintaq materiallarından aydın olur ki, 60 yaşlı Oruba Barakat və 22 qızı Hala 2017-ci il, 21 sentyabr tarixdə İstanbulun Üsküdar rayonunda ölü tapılıblar.
Halanın işə gəlməməsi dostlarını narahat edib. Onlar polisə məlumat veriblər. Polis mərhumların mənzilinə gedərkən onların boğazları kəsilmiş meyitlərin tapır.
Videokameralar vasitəsilə az zamanda qatil müəyyən edilir. 3 gün sonra qətldə şübhəli bilinən şəxs öldürülən qadınların uzaq qohumu Əhməd Barakat həbs edilir.

Əvvəl belə mülahizə olur ki, qətlin sifarişçisi Bəşər Əsədin xüsusi xidmət orqanlarıdır.

Ancaq bu versiya özünü doğrultmur, hələ də qətlin motivi bilinmir.

Oruba Barakat Əsəd Rejimini sərt tənqid edən hüquq müdafiəçisi olub. Suriyadan qaçandan sonra Böyük Britaniyada yaşayıb, sonra İstanbula köçüb.
Hala Barakat həm ABŞ-ın "ABS”, həm də Türkiyənin TRT” telekanalı ilə əməkdaşlıq edirdi.

OXŞAR XƏBƏRLƏR