TRT jurnalistləri Myanmada həbs edildi

TRT jurnalistləri Myanmada həbs edildi
 Myanmada aralarında "TRT World" kanalının 2 müxbiri olmaqla 4 nəfər həbs edilib.

Sfera.az "Milliyet"ə istinadən xəbər verir ki, bu barədə Myanma polis nümayəndəsi Sann Aung məlumat verib. O, Sinqapurdan olan Lau Hon Menq və malaziyalı Mok Çoy Lin adlı "TRT World" müxbirlərinin, həmçinin Myanma vətəndaşları olan sürücü və jurnalist Aunq Nainq Soenin qeyri-qanuni "drone" istifadəsinə görə həbs edildiyini bildirib. Bu şəxslər 2 ay müddətinə azadlıqdan məhrum ediliblər. Onlar 16 noyabrda təkrar hakim qarşısına çıxacaqlar. Həbs edilənlərə 3 illik həbs cəzası verilə bilər. 

Məsələ ilə bağlı açıqlama verən kanal nümayəndəsi çəkilişdən əvvəl Myanma informasiya nazirliyinə bu barədə məlumat verildiyini, jurnalistlərin parlament binasını çəkmək istəyərkən həbs edildiyini bildirib.

OXŞAR XƏBƏRLƏR