Trampın qeyri-adi hərəkəti qızılı bahalaşdırdı – Ekspertdən açıqlama

Trampın qeyri-adi hərəkəti qızılı bahalaşdırdı – Ekspertdən açıqlama
 

"Qızılın qiymətinin belə kəskin bahalaşması razılaşdırılmış, düşünülmüş oyundur”.


Sfera.az-a açıqlamasında bu sözləri son günlər qızılın kəskin bahalaşmasına münasibət bildirərkən iqtisadçı ekspert Cümşüd Nuriyev deyib:


"Qızılın belə bahalaşması daha çox ABŞ prezidenti Donald Trampın son zamanlar atdığı qeyri-adi hərəkətlərlə bağlıdır. ABŞ-la Çin arasında gedən iqtisadi müharibə bir növ qızılın qiymətinin bahalaşmasına təkan verib. Fikrimcə, bu mənada qızılın qiymətinin belə kəskin bahalaşması razılaşdırılmış, düşünülmüş oyundur. Çünki qızıl ehtiyatı ən çox olan ölkələr elə ABŞ-la Çindir. Belədə onlar qiyməti qaldırmaqla Rusiya bazarında olan qızılı əldə etməyə çalışırlar. Vaşinqton çalışır ki, qiymətli kağızlar bazarında canlanma yaratsın. Neft faktoru ilə onlar dünya bazarını istədikləri kimi oynada bilmədilər. Amma qızılın qiymətini bahalaşdırmaqla buna nail olacaqlar. Çünki istər-istəməz bütün dövlətlər çalışır ki, qızıl ehtiyatlarına malik olsunlar. Bu mənada qızılın birdən-birə belə bahalaşmasına təkan verən ikinci bir iqtisadi faktoru görmürəm”.


Həmsöhbətimiz düşünür ki, qızılın qiymətinin qalxması iqtisadiyyata mənfi təsir göstərəcək: "İqtisadiyyatı güclü olan dövlətlər məcbur olaraq bu oyuna girməklə daxildə bahalaşmaya səbəb olacaqlar. Daxildə bahalaşmanın artımı isə həmin ölkələrdə gərginliyin yüksəlməsinə gətirib çıxaracaq. İstər-istəməz bu proses baş verə bilər”.


Qeyd edək ki, dünya bazarında qızılın 1 unsiyasının qiyməti birdən-birə bahalaşaraq 1510 dolları keçib. Bu isə qızılın 2013-cü ildə qeydə alınan 1500 dollarlıq qiymətindən də yüksəkdir.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR