Trampdan KRİTİK AÇIQLAMA - İlk dəfə bu qədər açıq danışdı

Trampdan KRİTİK AÇIQLAMA - İlk dəfə bu qədər açıq danışdı

İsrailin Hayom qəzetinə müsahibə verən ABŞ prezidenti Donald Tramp qeyri-qanuni yəhudi məskunlaşmaları və ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə daşınması haqqında danışıb.

Milli.Az xəbər verir ki, Tramp Təl-Əvivdəki ABŞ səfirliyini Qüdsə köçürməyi ciddi şəkildə nəzərdən keçirdiyini bildirib. Tramp plan üzərində çalışdığını və bunun asan bir qərar olmadığını söyləyib.
  
O, bundan əlavə, İsrailin qeyri-qanuni məskunlaşma yerlərində tikinti aparmasını sülh üçün təhlükə adlandırıb.
 
Bu, Trampın 20 yanvarda and içərək vəzifəsini icra etməyə başladığı müddətdən bəri bu mövzuyla əlaqədar etdiyi ən açıq şərh olub.


OXŞAR XƏBƏRLƏR