Tramp \"quduz köpəy\"i müdafiə naziri təyin etdi

Tramp \
 
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp müdafiə naziri postuna "Quduz köpək” ləqəbi ilə tanınan dəniz piyadalı korpusunun istefada olan generalı Ceyms Mettisi təyin etmək niyyətində olduğunu bəyan edib.
 
APA-nın "CBS News”a istinadən verdiyi xəbərə görə, Tramp bu barədə tərəfdarları ilə seçkilərdən sonra keçirdiyi ilk görüşdə bildirib.

"Biz "Quduz köpək” Mettisi müdafiə naziri təyin etməyə hazırlaşırıq”, - deyə Tramp bildirib.
 
O, Mettisin dahi generallardan biri olduğunu bildirib.  Tramp Ceyms Mettisi  Pentaqon rəhbəri postuna təyin edəcəyini rəsmi olaraq dekabrın 5-də bəyan edəcək.
 
Qeyd edək ki, Ceyms Mettis Rusiya prezidenti Vladimir Putinin qızğın tənqidçisi kimi tanınır.
 
"Quduz köpək” dəfələrlə Rusiyanı "yırtıcı” dövlət adlandırıb.  


OXŞAR XƏBƏRLƏR