Dünya

Tramp Paşinyanla görüşməyi rədd etdi

Tramp Paşinyanla görüşməyi rədd etdi
Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabr ayında ABŞ-a səfəri zamanı prezident Donald Trampla nəzərdə tutulan görüşü baş tutmayacaq.

Sfera.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb. Trampın Paşinyanla görüşü ləğv etməsinin üç səbəbi göstərilir: Paşinyanın Rusiyaya səfərləri, erməni hərbçilərinin Suriyada humanitar missiyalarda iştirakı, Rusiya mütəxəssislərinin Ermənistandakı ABŞ laboratoriyalarına buraxılması.

Paşinyan və Trampın görüşü rəsmi olaraq təsdiqlənməmişdi. Söhbəti lobbiçilik edən bəzi konqresmenlərin təşkil edəcəyi deyilirdi.

Rəsul

Sfera.az



AdRiver

XƏBƏR LENTİ