Tramp Kim Çen Inla görüş barədə fikrini dəyişdi

Tramp Kim Çen Inla görüş barədə fikrini dəyişdi
Vaşinqton nəzərdə tutulan sammitlə bağlı Şimali Koreya ilə ən yüksək səviyyədə danışıqlar aparır.

Sfera.az xəbər verir ki, bu barədə öz "Twitter” səhifəsində ABŞ prezidenti Donald Tramp yazıb:

"Sammitin keçirilməsi məsələsi ilə bağlı Şimali Koreya ilə çox konstruktiv danışıqlar aparılır. Bu baş versə, böyük ehtimalla təyin olunduğu gün – 12 iyunda Sinqapurda baş tutacaq”.

Tramp ehtiyac olacağı təqdirdə görüşün daha gec vaxta keçiriləcəyini bildirib.

Qeyd edək ki, 24 mayda Tramp Kim Çen Inla planlaşdırılan görüşdən imtina etdiyini bildirmişdi. O, öz qərarının Şimali Koreya hakimiyyətinin Vaşinqtona ünvanlandığı düşməncə bəyanatlarla əsaslandırmışdı.

25 mayda isə Şimali Koreya görüşün təxirə salınmasından təəssüf hissi keçirdiyini bildirmiş, Trampı özünə inamsızlıqda ittiham etmişdi.
 
Rəsul
Sfera.az




OXŞAR XƏBƏRLƏR