Tovuzda icra başçısı fermerin 2300 hektar torpağına əl qoyub

Tovuzda icra başçısı fermerin 2300 hektar torpağına əl qoyub

Təsərrüfat modern texnika ilə təchiz edilib və fermer təsərrüfatları arasında ən nümunəvi vergi ödəyicisi olub
Icra başçısı fermerin 2300 hektar torpağına əl qoyub – Tovuzda

Tovuzda 1996-cı ildən fəaliyyət göstərən "Arsenal” fermer təsərrüfatının sahibi, Tovuz Sahibkarlar Şurasının sədri İsmayıl Hüseynov rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovun təzyiqləri ilə üzləşib. Bu barədə istiqlal.az-a iş adamının özü məlumat verib.

İş adamının sözlərinə görə, rəhbərlik etdiyi fermer təsərrüfatı ölkənin ən iri təsərrüfatlarından bridir: "Təsərrüfat 2300 hektar ərazini əhatə edir. Hər il təsərrüfatdan 300 ton taxıl, 60 ton qarğıdalı, 100 ton kartof, 15 min ton preslenmiş ot tayası yığılır. Bundan başqa, təsərrüfatda 5 min qoyunu, 520 iribuynuzlu mal-qarası olan ferma fəaliyyət göstərir. Təsərrüfat modern texnika ilə təchiz edilib və fermer təsərrüfatları arasında ən nümunəvi vergi ödəyicisi olub. Mərhum prezident Heydər Əliyev Tovuza səfərində təsərrüfatla şəxsən tanış olub və onun göstərişi ilə bizə kredit ayrılıb. Bu kredit hesabına təsərrüfatı daha da böyütdük və inkişaf etdirdik”.

İ.Hüseynov deyir ki, son vaxtlar icra başçısı T.Zeynalovun təzyiqləri nəticəsində sıxıntılarla, təqiblərlə üzləşib: 

"T.Zeynalov torpaqlarımıza sahib çıxmaq üçün bizə təzyiqlər edir. Ailə üzvlərimiz təqib edilir, həbslə hədələnir, təsərrüfatımıza da təzyiqlər edilir. Bu təzyiqlər nəticəsində indi təsərrrüfatda cəmi 5-6 nəfər çalışır. Halbuki təzyiqlərə qədər işçilərin sayı dəfələrlə çox idi. Bütün bunlar torpaqları öz əllərinə keçirmək üçün edilir. T.Zeynalov Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşıdır. Güman ki, o qardaşına güvənərək torpaqlarımıza əl qoymaq istəyir. Çünki ailə üzvlərimiz tez-tez polis vasitəsi ilə təhdid edilir”.

İ.Hüseynov deyir ki, artıq boğaza yığılıblar: "Yaxın vaxtlarda təqiblərə son qoyulmasa, mətbuat konfransı keçirib, məsələnin bütün təfsilatını,   bu təqiblərin arxasında duran başqa oyunçuların da adlarını açıqlayacağam. Daha bəsdir.  Cənab prezident göstəriş verib ki, kənd təsərrüfatına qayğı göstərilsin, dəstək versinlər, bunlar isə bizə qənim kəsiliblər, torpağımıza sahib çıxmaq istəyirlər”. (İstiqlal.az)


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...