Tovuz sakini minaya düşdü
02:59 / 18.10.2015
1374
Tovuzda mal-qara axtarışına çıxan iki mülki şəxs minaya düşüb.
Hadisə rayonun Ağbulaq kəndi ərazisində baş verib. Kənd sakini, 1987-ci il təvəllüdlü Elvin Qafarov gecə örüşdən geri qayıtmayan iribuynuzlu heyvanlarını axtarmağa gedərək çöllük ərazidə minaya düşüb. O, Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Elvin Qafarov sol ayağından amputasiya olunub, sağ ayağında isə qəlpə yaraları var (APA).
Sfera.az