Tonu 1 milyon dollardır: Türkiyə milyardlar qazana bilər -Foto

Tonu 1 milyon dollardır: Türkiyə milyardlar qazana bilər -Foto

Türkiyənin  Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez CNN TÜRK-də kanalında canlı yayımda  Hakan Çelikin qonağı olub. Sfera.az xəbər verir ki, türkiyəli nazir  qiymətli mineral olan bordan danışıb. Dünya bazarında borun tonunun 1 milyon dollardan baha satıldığını deyən nazir  yaxın zamanda yeni yataqların istismara veriləcəyini bildirib.

 

Xatırladaq ki, qiymətli mineral olan bor ehtiyatlarının təxminən 70 faizi Türkiyə ərazisindədir.

 

 Bor daha çox nüvə elektrik stansiyalarında təhlükəsizlik təmin etmək üçün istifadə olunur.

 

Dünya bor bazarında gəlirlərin 60 faizi ABŞ-ın payına düşür, Türkiyənin bu sırada  təxminən 20-22 faiz paya malikdir. Türkiyədə bor mədənlərinin işlənməsi hələ Osmanlı dövründə 1861-ci ildə xarici sərmayədarlar tərəfindən başlanıb və bu vəziyyət Türkiyədə 1970-ci illərə qədər davam edib. 1978-ci ildə bor mədənləri milliləşdirilərək "ETİ Holdinq” tərəfindən işlətməyə verilib.

 

Türkiyə yeni yataqları istifadəyə versə bütün dünyada bu sahənin idarəçiliyini əlində cəmləşdirəcək. Bir sözlə Türkiyənin gələcəyi bordadır.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...