“The London Post” qəzetində AXC ilə bağlı məqalə dərc edildi

“The London Post” qəzetində AXC ilə bağlı məqalə dərc edildi
Böyük Britaniyanın "The London Post” qəzetində Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyevin "Müsəlman dünyasının ilk Qərb demokratiyası – Azərbaycan Xalq Cümhuriyyəti haqqında 5 fakt” adlı məqaləsi dərc olunub.

Sfera.az Azərtac-a istinadən xəbər verir ki, məqalə xarici auditoriyanı Azərbaycan Xalq Cümhuriyyətinin zəngin tarixindən seçilmiş 5 fakt vasitəsilə cəmi 23 ay mövcud olmasına baxmayaraq, dövlət quruculuğu, insan hüquqları və digər sahələrdə apardığı siyasətlə bir çox Qərb ölkələri üçün nümunə rolunu oynamağa qadir olan Cümhuriyyətin fəaliyyəti ilə daha yaxından tanış edir.

Bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyası üçün innovativ olan bir sıra yeniliklərə imza atıb. Hətta bir sıra Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verildiyi məqalədə əksini tapıb.

Müəllif qeyd edir ki, Azərbaycan parlamenti milli tolerantlıq və digər aspektlər baxımdan Qərb ölkələri üçün bir model idi. Parlamentin etnik tərkibi də Azərbaycan xalqının Cümhuriyyət ərazisində yaşayan hər bir icmanın və qrupun fikirlərinə yüksək əhəmiyyət verdiyinin göstəricilərindəndir.

Yazıda vurğulanır ki, XX əsrin əvvəlindəki mürəkkəb siyasi şəraitdə Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük, tarixi əhəmiyyətə malik olan uğurlara imza atması əsl qəhrəmanlıq nümunəsidir.

Sonda bildirilir ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. 2017-ci ildə isə Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması haqqında Sərəncam imzalayıb.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...