Təyyarədəki it aləmi bir–birinə qatdı

Təyyarədəki it aləmi bir–birinə qatdı
ABŞ-da "United Airlines” aviaşirkətinə məxsus təyyarə planlaşdırılmamış eniş edib.
 
Sfera.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, buna səbəb hava gəmisinin göyərtəsində itin aşkar edilməsi olub.

Təyyarənin Nyuark-Sent-Luis marşrutu ilə hərəkət etdiyi bildirilir. Aviaşirkətdən deyiblər ki, it təyyarəyə səhvən yerləşdirilib.
Sonradan o Oqayo ştatının Akron şəhərində yaşayan sahiblərinə qaytarılıb.

Təyyarənin bütün sərnişinlərinə təzminat ödəniləcəyi qeyd olunur.
 
İlqar

OXŞAR XƏBƏRLƏR